Şahin Bağırov iki rəisi işdən çıxardı

Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi və Balakən Gömrük İdarəsinin rəisi Elçin Rüstəmov vəzifəsindən azad edilib.

Metbuat.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, gömrük polkovniki Həmid Elxan oğlu Şirinov vəzifəsindən azad edilərək, Baş Gömrük Mühafizə Xidmətinin rəis müavini təyin olunub.

Elçin Rüstəmov isə Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəisi təyin olunub.

Qeyd edək ki, Həmid Şirinov ötən ilin aprel ayında Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdi. O, 2018-ci ilin oktyabr ayından Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin Kadrlarla işin təşkili şöbəsinin, 2023-cü il tarixindən isə qeydedilən idarənin Kadrlarla işin təşkili və uçotu şöbəsinin rəisi vəzifəsində də xidmət edib.

Elçin Ədalət oğlu Rüstəmov isə 2023-cü ilin iyul ayında Balakən Gömrük İdarəsinin rəisi təyin edilmişdi.

Bundan əvvəl Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi gömrük polkovniki Həmid Elxan oğlu Şirinov vəzifəsindən azad edilərək, Baş Gömrük Mühafizə Xidmətinin rəis müavini təyin olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı