ABŞ Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketini elan edəcək.
Metbuat.az xəbər verir ki, Prezident Co Bayden administrasiyası bununla bağlı qərar qəbul edib. "Associated Press" agentliyinin Pentaqonun yüksək rütbəli rəsmisinə istinadən məlumatına görə, yeni hərbi yardım paketi Ukraynaya Konqresin təsdiqi olmadan veriləcək. Bildirilir ki, bunun üçün Bayden administrasiyası fövqəladə hallar zamanı xarici tərəfdaşa silah tədarük etməyə imkan verən mexanizmdən istifadə edəcək. Bu mexanizmlə ötürülən yardımlar üçün Konqresin razılığına ehtiyac qalmır.