Ağdamın “Qarabağ” komandası qış hazırlığı çərçivəsində “Kəpəz”lə yoxlama oyunu keçirib.
Metbuat.az xəbər verir ki, “Azərsun Arena”da baş tutan görüşdə “Qarabağ” 5:1 hesablı qələbə qazanıb. Qolları Aleksey Kaşuk (5, 14, 35-ci dəqiqələr), Emmanuel Addai (38-ci dəqiqə) və Davud Məsumov (64-cü dəqiqə) vurublar. Gəncə təmsilçisinin yeganə qoluna isə 67-ci dəqiqədə Ehtiram Şahquliyev imza atıb.
Qeyd edək ki, “Qarabağ” yanvarın 12-də növbəti yoxlama matçında “Zirə” ilə qarşılaşacaq.