Ölkəmizin terrora birdəfəlik son qoymaq imkanı var.
Metbuat.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, heç bir terror qruplaşmasının xaricdən dəstəyi olub-olmamasından asılı olmayaraq, Türkiyənin qətiyyətinə tab gətirə bilməyəcəyini vurğulayıb:
“Bu günlərdə Türkiyə Silahlı Qüvvələri Suriyada PKK-ya qarşı mümkün əməliyyatla bağlı döyüş hazırlığı vəziyyətinə gətirilib”.