Yenidən prezident seçilməyim Kim Çen Inı xoşbəxt edəcək - Tramp

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya əlaqələri ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Şimali Koreyanı “nüvə gücü” adlandırıb və yenidən prezident seçilməsinin Şimali Koreya lideri Kim Çen Inı xoşbəxt edəcəyini bildirib. Tramp əvvəlki prezidentliyi dövründə Kim ilə dostluq münasibəti qurduğunu və bu dostluğun təhlükə kimi qəbul edildiyini bildirib. ABŞ prezidentinin açıqlamalarına Cənubi Koreya Müdafiə Nazirliyinin sözçüsü Jeon Ha-kyou reaksiya verib. Hökumətin Şimali Koreyanın nüvəsizləşdirilməsi üçün səylərini davam etdirəcəyini bildirən Jeon bildirib ki, Pxenyanın nüvəsizləşdirilməsi dünyada davamlı sülh və sabitlik üçün əsas məsələdir.

Qeyd edək ki, Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla 45-ci prezidentlik dövründə nüvə danışıqları üçün üç dəfə görüşüb. Lakin 2019-cu ildəki Hanoy sammitində diplomatik uğur əldə edilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı