Azərbaycan bu istiqamətdə konstruktiv səylər göstərir - Mirzoyan

Sərhədlərin delimitasiyası Cənubi Qafqazda sülhün bərqərar olması üçün mühüm vasitədir, Ermənistan və Azərbaycan bu istiqamətdə konstruktiv səylər göstərirlər.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə hökumət saatı zamanı deyib.

“Biz delimitasiya prosesinin davam etdirilməsində maraqlıyıq. Bunu sülh prosesinin ən vacib komponentlərindən biri hesab edirik. Həm bizim tərəfimizdən, həm də Azərbaycan tərəfindən konstruktiv səylər göstərilib və biz ümumi fikrə gəlmişik”, - o vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı