Alonso "Real"la bağlı iddialara cavab verdi

"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso "Real Madrid"ə gedəcəyi ilə bağlı iddialara cavab verib.

Metbuat.az xəbər verir ki, o, “Real”la güclü bağlarının olduğunu ifadə edib. Alonso, “Klubla aramızda bağ çox güclüdür, lakin hazırda diqqətimi "Bayer Leverkuzen"ə cəmləyirəm" - deyə bildirib. Qeyd edək ki, İspaniyanın “Onda Cero” radiosunun məlumatına görə, Karlo Ançelotti mövsümün sonunda klubdan ayrılmaq barədə qərarını verib. Onun başqa komandada işləmək istədiyi irəli sürülür.

Məlumata görə, Xabi Alonsonun “Real Madrid”ə gəlmək üçün müəyyən şərtləri var. Alonso komanda ilə bağlı bütün məsələlərdə qərar vermə səlahiyyətinin özündə olmasını istəyir. Xabi Alonsonun digər istəkləri Səudiyyə Ərəbistanında çıxış edən Aymerik Laportun transferi və Arda Gülerin komandada qalması ilə bağlıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı