"Qarabağ" UEFA reytinqində gerilədi

Çempionlar Liqasının və Avropa Liqasının Liqa mərhələlərində 8-ci turun matçlarından sonra klubların UEFA reytinqi yenilənib.

Metbuat.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" Avroliqada "Olimpiakos"a uduzub - 0:3.

    Nəticədə Ağdam təmsilçisinin sıralamadakı mövqeyi dəyişib. Aktivində 32,000 xalı olan Qurban Qurbanovun komandası 1 pillə geriləyərək 66-cı yerdə qərarlaşıb.

    "Qarabağ"ı geridə qoyan komanda isə Danimarka “Midtyulland”idir - 32,750 xal.

    Digər Azərbaycan təmsilçilərindən “Neftçi” 8,000 xalla 181-ci pillədədir. “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 310-cu yeri bölüşürlər. “Qəbələ” və “Şamaxı” isə 3,925 xalla 329-cu yeri paylaşırlar.

    Reytinq cədvəlinə 138,500 xalla “Real” liderlik edir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı