Azərbaycan şahmatçısı gümüş medal qazandı -

Monteneqroda təşkil edilən 20 yaşlılar arasında şahmat üzrə dünya çempionatı sona çatıb. Bu gün çempionatda 11-ci turun oyunları keçirilib.

Metbuat.az xəbər verir ki, Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva XI turda Özbəkistan təmsilçisi Afruza Xamdamovayla heç-heçə oynayıb. Bununla xalını 8-ə çatdıran Azərbaycan təmsilçisi gümüş medala layiq görülüb.

Qeyd edək ki, dünya çempionatında 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı