“Əl-Hilal” klubundakı karyerası zədə səbəbilə uğurlu alınmayan Neymar yenidən “Barselona”ya qayıda bilər.
Metbuat.az xəbər verir ki, “Əl-Hilal”dan Braziliyanın “Santos” klubuna transfer olan Neymar mövsümün sonunda vətənindən ayrılmaq istəyir. İddia edilir ki, Neymar mövsümün sonunda “Barselona”ya transfer olmaq istəyir. Neymar “Santos”da əvvəlki formasına qayıdaraq, “Barselona”nın diqqətini cəlb etməyi məqsəd qoyub. Xəbərdə deyilir ki, futbolçu “Barselona”da yenidən forma geyinmək üçün məvacibində xeyli güzəşt edəcək.
Qeyd edək ki, Neymar “Barselona”ya “Santos”da transfer olmuşdu.