ABŞ Dövlət Departamenti öz işçilərinə ölkədə altı KİV-ə abunəni ləğv etməyi tapşırıb.
Metbuat.az xəbər verir ki, ABŞ hökumətində ixtisarlarla bağlı belə qərar verilib. “Washington Post” qəzetinin yazdığına görə, media təşkilatları da Donald Tramp administrasiyasının federal ixtisarından təsirlənib. ABŞ Dövlət Departamenti bundan əvvəl dünyadakı diplomatik nümayəndəliklərindən fəaliyyəti kritik əhəmiyyət daşımayan media abunəliklərini ləğv etməyi tələb edib. Ardınca Dövlət Departamenti əməkdaşlarına ABŞ-də “The Economist”, “The New York Times”, “Politico”, “Bloomberg News”, “The Associated Press” və “Reuters” kimi KİV-lərə abunəlikləri ləğv etmək tapşırılıb.
Qeyd olunub ki, Dövlət Departamenti əməkdaşları müəyyən abunəliklərin saxlanmasına etiraz edə bilərlər, lakin bunun üçün ciddi əsaslar təqdim etməlidirlər.