Ukrayna nadir yeraltı sərvətləri əhatə edən sazişi imzalamaq üçün ABŞ ilə razılığa gəlsə də, onu imzalamaqdan imtina edib.
Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. O bildirib ki, Vaşinqton Ukrayna böhranı zamanı Kiyevə 350 milyard dollar xərcləyib və bunun müqabilində qiymətli metallarla bağlı razılaşma imzalamağı tələb edib. Tramp, ABŞ-nin maliyyə naziri Scott Bessenti Kiyevə göndərdiyini, lakin Prezident Vladimir Zelenskinin qarşısına qoyulan müqaviləni imzalamaqdan imtina etdiyini açıqlayıb. Kiyevin Bessentə qarşı kobud münasibət bəslədiyini deyən Tramp, Xəzinədarlıq katibinin Zelenski ilə görüşmək üçün saatlarla qatarla getdiyini, lakin Ukrayna prezidentinin yatdığını və onunla əlaqə saxlamaq mümkün olmadığını vurğulayıb.
Ər-Riyadda aparılan danışıqlara görə ev sahibi Səudiyyə Ərəbistanına təşəkkürünü bildirən ABŞ prezidenti, Rusiya ilə aparılan danışıqlar nəticəsində sülhün bərqərar ola biləcəyini ifadə edib. Rusiyanın xeyli ərazi ələ keçirdiyini və masada üstün olduğunu bildirən ABŞ prezidenti rusların da müharibəni yekunlaşdırmaq istədiyinin bildirib.