Bərdədə yasda zəhərlənənlərin son durumu AÇIQLANDI

Bərdədə yas mərasimində zəhərlənənlərin vəziyyəti açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Belə ki, dəm qazından zəhərlənmə səbəbilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 15 nəfər (11-i qadın, 4-ü kişi olmaqla) hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olan 14 nəfər ambulator müalicə üçün evə buraxılıb, 1 nəfərin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı