"Liverpul" ulduz futbolçunu heyətinə qatmaq istəyir

İngiltərənin "Liverpul" klubu yay transfer dönəmində İtaliya təmsilçisi "Atalanta"da çıxış edən Ademoli Lukmanı heyətinə qatmaq istəyir.

Metbuat.az xəbər verir ki, Mersisayd təmsilçisi nigeriyalı vingeri Məhəmməd Salahın əvəzləyicisi kimi görür. Artıq oyunçunun nümayəndələri ilə ilkin təmaslar da olub. Afrikalı futbolçu ilə İngiltərənin "Arsenal" klubu da maraqlanır.

Qeyd edək ki, Ademoli Lukman cari mövsüm "Atalanta"da 29 oyuna çıxıb, 17 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı