Əfsanə illər sonra meydana qayıdır

"Liverpul"un əfsanəvi futbolçusu Stiven Cerrard növbəti dəfə "Enfild" stadionunda forma geyinəcək.

Metbuat.az xəbər verir ki, Cerrard keçmiş komanda yoldaşları ilə birlikdə Premyer Liqadakı keçmiş rəqiblərinə qarşı meydançaya qayıdacaq. Cerrard, “Liverpul” əfsanəsi kimi meydançaya qayıdan yeganə oyunçu deyil. Onun keçmiş komanda yoldaşları Sami Hyypia, Martin Skrtel, Dirk Kuyt və Peter Krouç da matçda iştirak edəcək. Yoldaşlıq oyunu xeyriyyə məqsədilə ilə təşkil ediləcək. Gəlirin bir hissəsi də “Chelsea Foundation” və “Chelsea Players Foundation”a təqdim ediləcək.

Qeyd edək ki, Stiven Cerrard Səudiyyə klubu “Əl-Ettifaq” klubundakı məşqçi postundan ayrılandan sonra işsizdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı