Generala yüksək vəzifə verildi - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsindən istefa verib.

Metbuat.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Tibb Xidmətinin rəisi polkovnik-leytenantı Vəfa Dadaşova öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub.

Bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov Əmr imzalayıb.

FHN-in Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini general-mayor Rəfail Mehdiyev rəis əvəzi təyin olunub.

Qeyd edək ki, Vəfa Dadaşova ötən ilin may ayında sözügedən vəzifəyə təyin edilmişdi. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyev ötən ilin oktyabr ayında tibb işləri üzrə rəis müavini təyin olunmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı