Bu tarixdə Həcc ziyarətinə sənəd qəbulu dayandırılacaq

Mart ayının 20, 21 günlərini çıxmaq şərti ilə Həcc ziyarətinə sənəd qəbulu digər günlərdə davam edəcək.

Metbuat.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.

O qeyd edib ki, həmişəki kimi, altıncı, bazar günləri də sənəd qəbulu olmayacaq.

"Hazırda Həcc ziyarətinə sənəd qəbulu davam edir. Bu il kvota sayı 1200-1300 arası müəyyənləşdirilib.

Hazırda kvota 75% dolub. Sənəd qəbulu aprelin əvvəlinə qədər davam edəcək", - o bildirib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı