Avrokuboklarda ən çox gəliri bu türk komandası qazandı

Bu mövsüm Türkiyəni avrokuboklarda təmsil edən 5 komanda UEFA-nın pul mükafatı olaraq ümumilikdə 50,28 milyon avro qazanıb.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,Türkiyə komandaları arasında ən çox gəliri "Qalatasaray", ən azını isə "Trabzonspor" qazanıb.

"Qalatasaray" bu mövsüm 17,6 milyon avro, "Fənərbaxça" 14,8 milyon avro, "Beşiktaş" 9,2 milyon avro qazanaraq üçüncü yerdə dayanıb.

Bundan başqa, "Başakşehir" 7,4 milyon avro, "Trabzonspor" isə 1,1 milyon avro vəsait qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı