Bayram günləri bu qurumlar işləməyəcək

Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24 həmçinin 29, 30 və 31 martda "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Metbuat.az xəbər verir ki, mərkəzlərdə 25, 26, 27, 28 martda isə iş günü olacaq.

Qeyd edək ki, 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar aprelin 7-dək fəaliyyətini qismən məhdudlaşdırılmış formada davam etdirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı