Bakıda itkin düşən 3 qızdan biri tapıldı

Martın 17-də Bakıda itkin düşən üç rəfiqədən biri tapılıb.

Metbuat.az Teleqraf-a istinadən xəbər verir ki, itkin kimi axtarışı elan edilmiş yeniyetmələrdən biri polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Daha öncə yayılan məlumata görə, qızlardan birinin anası onlarla əlaqə saxlayıb və qızların Əli adlı bir gənc oğlanla birlikdə Abşeron rayonunun Xırdalan şəhərində bir evdə qaldıqları aydınlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı