Mingəçevirdə uşaq bağçasında yanğın oldu

Mingəçevirdə istifadəsiz qalan bağçada yanğın baş verib.

Metbuat.az xəbər verir ki, hadisə Mingəçevirdə yerləşən 8 saylı uşaq bağçasının istifadə olunmayan binasında qeydə alınıb.

Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadası alovu ram edərək genişlənməsinin qarşısını alıblar.

Məlumat üçün bildirək ki, sözügedən ərazidəki bağça binasında son zamanlar tez-tez yanğın hadisəsi baş verir. Buna səbəb kimi ərazinin baxımsız olması əsas gətirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı