Qəzzada yenə ölənlər var

İsrailin son 24 saat ərzində Qəzzaya endirdiyi zərbələr nəticəsində təxminən 50 nəfər həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

    Bildirilib ki, gecə boyunca həlak olan 40 nəfərdən başqa sübh çağı Qəzzanın Zeitoun məhələsinə endirilən zərbə nəticəsində 8 nəfər də ölüb ki, onların əksəriyyəti qadınlar və uşaqlardır.

    İsrail olrusunun gecə boyunca Qəzzanın şimalını intensiv bombardman etdiyi, Rəfah və Xan Yunisin isə artilleriya və tank atəşinə tutulduğu bildirilib. İsrail qırıcılarının Beyt Lahiyada yaşayış binalarını da bombaladığı qeyd edilib.

    BMT-nin Dünya Ərzaq Proqramı minlərlə fələstinlinin Qəzzada şiddətli aclıq və qida çatışmazlığı ilə üzləşməsi barədə xəbərdarlıq yayıb. BMT-nin fələstinli qaçqınlar üzrə agentliyinin (UNRWA) məlumatında isə son 3 həftə ərzində Qəzzaya heç bir humanitar yardım daxil olmadığını açıqlayıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı