Ərdoğan Putinlə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.

Metbuat.az xəbər verir ki, bu haqda “TRT haber” məlumat yayıb.

Danışıq zamanı Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Rusiya Türkiyə ilə Rusiya arasında əməkdaşlığın regional problemlərin həllində mühüm əhəmiyyət kəsb etdiyini, Türkiyənin Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə son qoymaq üçün başlayan prosesi yaxından izlədiyini və davamlı sülhün təmin edilməsi üçün Türkiyənin hər cür dəstəyi, o cümlədən sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib.

O, Qara dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyi üçün atılacaq xoşniyyətli addımların sülh prosesinə töhfə verəcəyini və Türkiyənin Qara dənizin münaqişə zonasına çevrilməsinin qarşısını almaq üçün öhdəsinə düşəni etdiyini deyib.

Ərdoğan danışıq zamanı Türkiyənin Suriya məsələsində Rusiya ilə əməkdaşlığa önəm verdiyini, Suriyanın ərazi bütövlüyü əsasında davamlı sülh və sabitliyə nail olması üçün Türkiyə və Rusiyanın birgə çalışmasının vacib olduğunu və tərəflərin Suriyaya qarşı sanksiyaları tamamilə aradan qaldırmaq üçün birlikdə çalışa biləcəyini bildirib.

Prezident Ərdoğan Suriyanın resurslarının Suriya rəhbərliyinə həvalə edilməli olduğunu, Türkiyənin mərkəzi administrasiya daxilində “Suriya Demokratik Qüvvələri” adlandırılan qüvvələrin ləğvini dəstəklədiyini, Suriyanın artıq terror təşkilatları üçün uyğun bir bölgə olmamasının Suriyanın sabitliyi üçün həyati əhəmiyyət daşıdığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı