Salah bu klubda oynayacaq - "Real"a görə planlar dəyişdi

"Liverpul" klubu iki aparıcı futbolçusu ilə müqavilənin müddətini uzada bilər.

Metbuat.az xəbər verir ki, klub Trent Aleksander-Arnold "Real" komandasına keçmək qərarına gəldikdən sonra Məhəmməd Salah və Vircil Van Deyki heyətdə saxlamaq istəyir. Tərəflər arasında razılığın olunduğu irəli sürülür.

Qeyd edək ki, Van Deyk cari mövsüm "Liverpul"un heyətində 41 oyun keçirib. Salah isə 43 matçda 32 qol vurub və 22 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı