​Neymara 220 milyonluq çılğın təklifin təfərrüatları

Neymarın keçmiş agenti Vaqner Ribeyro futbolçunun “Barselona”dan PSJ-yə transferindən danışıb.

Metbuat.az xəbər verir ki, o, aldıqları 220 milyonluq çekin təffərrüatlarını açıqlayıb. Neymarın keçmiş agenti təklifin Qətər bankından gəldiyini xatırladıb. O, “Unudulmaz çek idi. Hətta onun fotosunu da çəkdik. 220 milyon avro... Bu məbləğdə başqa transferlər olmayacaq. Çek Qətər bankından gəlmişdi” - deyə bildirib. Neymarın keçmiş agentinin sözlərinə görə, “Barselona”da 25 milyon avro məvacib alan futbolçu PSJ-də 40 milyon avro maaş alıb.

Qeyd edək ki, Neymar 2017-ci ildə 220 milyon avroya “Barselona”dan PSJ-yə transfer olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı