Mourinyo Okan Burukun burnunu sıxdı

Türkiyə Kubokunun 1/4 final mərhələsində keçirilən "Fənərbaxça" - “Qalatasaray" matçı gərgin anlara səhnə olub.

Metbuat.az xəbər verir ki, qonaqların qələbəsi ilə yekunlaşan matçda “Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaza və ehtiyatda olan hər iki klubun bir futbolçusuna qırmızı vərəqə göstərilib. Matçdan sonra da gərginlik müşahidə edilib. Joze Mourinyo Okan Burukun burnunu sıxıb. Ardınca Okan Buruk yerə yıxılıb.

Qeyd edək ki, "Qalatasaray" 2-1 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı