​Ermənistan prezidenti Aİ-yə daxil olmaq barədə qanunu imzaladı

Ermənistan prezidenti Vaaqn Xaçaturyan ölkəsinin Avropa İttifaqına daxil olması haqqında qanunu təsdiqləyib.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistanın prezident adminstrasiyasından açıqlama verilib. Qeyd edək ki, bundan əvvəl parlament səs çoxluğu ilə Ermənistanın Avropa İttifaqına üzvlüyünün başlanması haqqında qanun layihəsini qəbul edib. Baş nazir Nikol Paşinyan bəyan edib ki, qəbul edilən qanun Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin avtomatik başlaması demək deyil və bu məsələ referendum keçirilməsini tələb edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı