Ailəvi olaraq Putinə heyranıq - Mask

Amerikalı milyarder İlon Maskın atası Errol Mask Rusiya Prezidenti Vladimir Putin barədə maraqlı açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, o, ailəsinin Putinə heyran olduğunu deyib. Putinin güclü lider olduğunu bildirən Mask, Kreml rəhbərinin məntiqli bəyanatlar verdiyini ifadə edib.

Errol Mask, “Bizə ona güvənməyin deyilir, amma mənə görə o, güclü liderdir. Ailə olaraq, bizim cənab Putinə bir az heyranlığımız var. Çünki o, həmişə sakitdir. Mən onun çıxışlarına qulaq asıram, məntiqli şeylər deyir. Ukraynada müharibəni həqiqətən kimin başlatdığı zamanla bəlli olacaq" - deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı