Madaqaskarda tropik fırtına nəticəsində 14 nəfər ölüb

Madaqaskarda tropik fırtına nəticəsində 14 nəfər ölüb
07:52 20 Yanvar 2015
111 Dünya
Ölkə mətbuatı
A- A+

[ 20 Yanvar 2015 07:47 ]

Bakı-APA. Madaqaskarda tropik fırtına və şiddətli yağış nəticəsində azı 14 nəfər ölüb.

APA-nın İTAR-TASS agentliyinə istinadən məlumatına görə, 36 mindən çox insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

 

Ölüm hallarının əksəriyyəti yer sürüşməsi və tikililərin dağılması ilə bağlıdır. Məlum olduğu kimi, Cənubi Afrikanın kontinental hissəsində yerləşən Malavi və Mozambik hazırda güclü daşqınlardan əziyyət çəkir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369660

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR