Rusiya və Ukrayna daha əvvəl İstanbulda əldə olunan razılaşmalar çərçivəsində əsir mübadiləsi həyata keçirib.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Mayın 16-da İstanbulda əldə olunan Rusiya-Ukrayna razılaşmalarına əsasən, Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbi qulluqçunu qarşı tərəfə verib”, - qurumdan bildirilib.