Bakda təşkil olunan minifutbol üzrə dünya çempionatına bu gün yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, turnirin finalında Azərbaycan yığması meydana çıxacaq.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Macarıstanla üz-üzə gələcək.

Bu gün həmçinin üçüncü yer uğrunda oyun baş tutacaq. Serbiya və Monteneqro milliləri münasibətlərə aydınlıq gətirəcək.

3-cü yer uğrunda oyun

18:00. Monteneqro - Serbiya

Final

20:00. Azərbaycan - Macarıstan

Qeyd edək ki, hər iki qarşılaşma Milli Gimnastika Arenasında reallaşacaq.