"Qalatasaray" ulduz futbolçunu istəyir - "Real" razılıq verdi

"Qalatasaray" komandadan ayrılan qapıçı Fernando Musleranın mümkün əvəzedicilərini axtarır.

Metbuat.az xəbər verir ki, İstanbul nəhəngi bu mövqeyə 5 qolkiperi namizəd seçib. "Qalatasaray" əsas hədəfi "Real Madrid" klubunun futbolçusu Andrey Lunindir. "Kral klubu" ukraynalı qapıçısı üçün 25 milyon avro tələb edir.

İkinci sırada "Trabzonspor"un "çərçivə qoruyucusu" Uğurcan Çakırdır. "Qalatasaray" həmçinin "Nitsa" komandasında çıxış edən Martsin Bulk, “Frayburq”un gənc qapıçısı Noa Atubolu və PAOK-unun qolkiperi Dominik Kotarskinın xidmətində maraqlıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı