“Gənclik Mall”un parklanma yerinin giriş hissəsində “dropoff” məntəqəsi - mindirib-düşürmə yeri yaradılıb. Bəs şəhərin başqa hansı küçələrində bu məntəqələrdən yaradılmasına ehtiyac var?

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bu istiqamətdə təhlillər aparır, mümkün imkanları araşdıraraq bu yöndə işlər görür:

“Əsasən, şəhərin digər hissələrində də oxşar məntəqələrin təşkilinə böyük ehtiyac var. Məsələn, Yusif Səfərov küçəsi belə bir məntəqə üçün uyğun yerlərdən biridir”, - deyə R.Ağamirzəyev əlavə edib.

Qeyd edək ki, başqa hansı küçələrində bu məntəqələrdən yaradılacağı ilə bağlı AYNA-dan sorğumuza cavab verilib ki, məlumat olduğu təqdirdə təqdim ediləcək.

Sevinc İbrahimzadə / Metbuat.az