Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, nüvə obyektlərinə hücum ağır nəticələrə səbəb ola biləcək.
Metbuat.az xəbər verir ki, bu barədə o, Təhlükəsizlik Şurasının iclasında deyib.
"Mən nüvə obyektlərinin mühafizəsini və nüvə texnologiyasından dinc məqsədlərlə istifadənin davam etdirilməsini təmin etmək üçün dərhal İrana səfər etməyə hazıram. Danışıqlara qayıtmaq üçün fürsət pəncərəsi var.u pəncərə bağlanarsa, dağıntı ağlasığmaz həddə çata bilər.