100 minə yaxın şagird monitorinqlərdə iştirak etdi

Paytaxtdakı ümumi təhsil müəssisələrinin IV və VI sinifləri üzrə keçirilən monitorinqlərdə 100 minə yaxın şagird iştirak edib.

Bu barədə Metbuat.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən xəbər verilib.

Bildirilib ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı