Türkiyə kəşfiyyatı Suriya lideri Əhməd əl-Şaraa (əl-Culani) Suriyanın cənubundakı Dəra bölgəsində həyata keçirilməsi planlaşdırılan sui-qəsdin qarşısını alıb.

Metbuat.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hücum planı bölgədəki siqnal kəşfiyyatı və sahə mənbələri vasitəsilə müəyyən edilib.

Bildirilib ki, Türkiyə kəşfiyyatı sui-qəsd planının koordinatlarını suriyalı həmkarları ilə bölüşüb və əməliyyat dəstəyi verib.

Bununla da mümkün siyasi sarsıntının qarşısı alınıb.