Topaz Premyer Liqası dünya 37-ci oldu: 6 pillə irəli

Topaz Premyer Liqası dünya 37-ci oldu:   6 pillə irəli
10:22 20 Yanvar 2015
185 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası milli çempionatların reytinq siyahısını açıqlayıb. Fanat.az xəbər verir ki, Azərbaycan çempionatı 37-ci sırada qərarlaşıb.


Topaz Premyer Liqasının hesabında 421 reytinq xalı var. Çempionatımız 6 pillə irəliləyib. Belə ki, Topaz Premyer Liqası ötən siyahıda 43-cü olmuşdu.


Azərbaycan birinciliyi Polşa, Moldova, Serbiya, Estoniya, Danimarka və bir sıra başqa ölkələrin çempionatlarını qabaqlayıb.


İlk sırada İspaniya La Liqası qərarlaşıb - 1259 xal. İtaliya A Seriyası ikinci (998), İngiltərə Premyer Liqası üçüncüdü (958). Rusiya Premyer Liqası 12-ci (653.5), Türkiyə Super Liqası 27-ci (519) olub. Rusiya birinciliyi 4, Türkiyə çempionatı 14 pillə geriləyib.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-topaz-premyer-liqas-dunya-37-ci-oldu-t17622.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR