Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 94 nəfər qəbul edilib.
Metbuat.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
Həmçinin 13 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər qadın, 2 nəfər kişi) dünyasını dəyişib.
Ölüm halları sirkə turşusu zəhərlənmələrindən qeydə alınıb.