Futbol üzrə Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə üz-üzə gəlib.

Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

51-ci dəqiqədə Georgi Sudakov fərqlənməklə qonaqları hesabda irəli çıxarıb. Yığmamız məğlubiyyətdən 72-ci dəqiqədə xilas ola bilib. Emin Mahmudov əllə oyuna görə təyin olunan penaltini qola çevirib. Yarımmüdafiəçi rəqib torunu silkələməklə tarixi rekorda imza atıb.

O, millinin heyətində 15-ci dəfə fərqlənməklə ən məhsuldar futbolçu kimi Qurban Qurbanovun 14 qolluq rekordunu yeniləyib.

Qeyd edək ki, Azərbaycan yığması D qrupundakı ilk matçda səfərdə İslandiyaya 5 cavabsız qolla uduzub. Ukrayna isə Fransaya 0:2 hesabı ilə məğlub olub.

***

21:29

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna oyununda hesab bərabərləşib.

Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada ev sahibləri bərabərlik qolunu vurub.

72-ci dəqiqədə Emin Mahmudov əllə oyuna görə təyin olunan penaltini qola çevirib.

***

21:09

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna oyununda hesab açılıb.

Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada qonaqlar ilk qolu vurublar.

51-ci dəqiqədə Georgi Sudakov adını tabloya yazdırıb.

***

21:03

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna oyununda ikinci hissə başlayıb.

Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qolsuz bərabərlik davam edir.

Qarşılaşmanı yunanıstanlı baş hakim Vassilis Fotias idarə edir.

20:47

***

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna oyununda ilk hissə başa çatıb.

Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionuda keçirilən matçda birinci yarıda qapılara qol vurulmayıb.

Matçı yunanıstanlı baş hakim Vassilis Fotias idarə edir.

***

20:00

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna matçına start verilib.

Metbuat.az-ın məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionuda keçirilir.

Matçı yunanıstanlı baş hakim Vassilis Fotias idarə edir.