Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir Maksim Tsurkov/

Azərbaycanlı idmançılar qarşıdan gələn I Avropa Oyunlarına səylə hazırlaşırlar. Bu barədə Trend-ə bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvü Siyana Vasilyeva deyib.

O bildirib ki, komanda bütün məsuliyyəti başa düşür: “Səylə hazırlaşırıq. Bu idmandır və dəqiq hansısa yerə ümid etdiyini söyləmək olmur. Buna baxmayaraq, yaxşı nəticələr göstərməyə və ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az