Bakıda evdən meyit tapılıb.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 7 ünvanında qeydə alınıb.

Orada yaşayan, narkotik aludəçisi, 1992-ci il təvəllüdlü Sergey Leonidoviç Ribinskiy yaşadığı evdə ölmüş vəziyyətdə aşkar edilib.

Onun qəbul etdiyi yüksək dozalı narkotikin təsirindən öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.