Bakı, 10 iyun, Samirə Quliyeva, AZƏRTAC
2014-cü ilin sonuna Bank VTB (Azərbaycan)ın “Sahil” filialının kredit portfeli 8 milyon 700 min manat olub. Bu ilin sonuna kredit portfelinin iki dəfədən çox artaraq 19 milyon manata çatacağı gözlənilir.
Bu barədə filialın direktoru Böyükağa Məmmədov AZƏRTAC-a bildirib.
“Ötən ilin sonuna “Sahil” filialının mənfəəti 42 min manat, bu ilin birinci rübündə isə 18,5 min manat təşkil edib. İlin sonuna 80 min manata yaxın mənfəət əldə etməyi gözləyirik”, - deyə B.Məmmədov qeyd edib. Filial direktoru, eyni zamanda, ilin sonunadək yeni ofisə köçməyi planlaşdırdıqlarını da deyib.