Naxçıvanda hasarın uçması nəticəsində bir nəfər ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Babək rayonunun Nehrəm qəsəbəsində qeydə alınıb.

Məlumata görə, iritonnajlı avtomobil daşıdığı yükü hasarın ətrafına boşaldarkən hasar uçub. Nəticədə bir nəfər uçqun altında qalaraq ölüb.