Ucar rayonunda meyit aşkarlanıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən evlərdən birində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü rayon sakini Namiq Nəsrəddin oğlu Daşdıyevin meyiti aşkar edilib.

Hadisənin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.