Proqnoz: Dünyada işsizlərin sayı 212 milyon nəfərə çatacaq

Proqnoz: Dünyada işsizlərin sayı 212 milyon nəfərə çatacaq
11:34 20 Yanvar 2015
84 Sosial
Ölkə mətbuatı
A- A+

2019-cu ildə dünyada işsizlərin sayı 212 milyon nəfərə çatacaq. APA TV-nin məlumatına görə, bu rəqəmlər Beynəlxalq Əmək Təşkilatının hesabatında öz əksini tapıb. İşsizlər ordusunun böyüməsinə dünya iqtisadiyyatında inkişaf tempinin azalması, gəlirlərin bölgüsündə qeyri-bərabərlik və qeyri-stabilliyin artması faktorları təsir göstərir. 2008-ci ildə başlayan maliyyə böhranından sonra dünya üzrə 61 milyon nəfər iş yerini itirib və onilliyin sonunadək bu rəqəmin artacağı proqnozlaşdırılır. Ən təhlükəli durum Cənubi Asiya regionunda və Saxaranın cənubundadır. Ərəb ölkələri və Latın Amerikasında da işsizliklə bağlı vəziyyət ağırlaşmaqdadır. Ekspertlər hesab edir ki, neftin qiymətinin ucuzlaşması bir sıra inkişaf etməkdə olan dövlətlərdə və bəzi Asiya ölkələrində iş yerlərinin sayının artmasına səbəb ola bilər. Hesabatda gəlirlərin bölünməsində qeyri-bərabərliyin artmasına dair də proqnozlar öz əksini tapıb. Hazırda dünyada gəlirlərin 30-40 faizi həddən artıq varlı insanların, 10 faizi isə kasıbların payına düşür. Bu isə sosial təlatümlər riskinin artması deməkdir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190862

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR