Müğənni Samir Cavadzadə əməkdar artist Murad Dadaşovla işbirliyinə başlayıb.

Bu haqda ifaçı Axşam.az-a açıqlamasında danışıb:

“Murad Dadaşovun rəhbəri olduğu “M Group”un üzvüyəm. İyuldan işlərə başlayacağıq. “Şəhərimiz” adlı yeni mahnım var. Ona klip çəkdirəcəm. İyunun 7-də məşəl daşıdığım görüntülər də o ekran işində olacaq. “Bakı 2015”in açılışnda da yer alacam. Orada mənə başqa bir iş tapşırılıb, bunu da açıqlaya bilmərəm”.

“Maşın” şoudan danışan S.Cavadzadə bunları deyib:

“Vəziyətimin pisləşməsinin günahı özümdə oldu. Götürüb ayağıma buzlu su tökürdüm. Soyuq nəticəsində şişməyə başladı. Gördüm halım pisdi, əlimi çəkdim. Maşına görə özümü öldürməyəcəkdim ki... Xatirənin yaxşı komandası var idi. Sona kimi də dayandı və avtomobili qazandı”.