Bakı, 11 iyun, AZƏRTAC
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov iyunun 19-da Zaqatala şəhər 2 saylı orta məktəbdə vətəndaşlar üçün qəbul keçirəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda Zaqatala, Balakən, Şəki və Qax rayonları sakinlərinin müraciət, şikayət və təklifləri dinləniləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, ETSN-in 168 saylı “Qaynar xətt”i, həmçinin Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (telefonlar: 050-683-17-40, 070-950-78-83, 024-22-5-35-15) ilə əlaqə saxlamaları xahiş olunur.