Türkiyənin ən məşhur və qalmaqallı müğənnilərindən olan Bülent Ersoyun başı dərddədir.

Milli.Az DHA-ya istinadən bildirir ki, ötən il, Türkiyənin indiki prezidenti Rəcəb Tayyip Ərdoğan baş nazir olduğu dönəmlərdə verdiyi iftar qonaqlığına qatılan müğənni Ajda Pekkan oradakı qonaqlar arasında yer almış Bülent Ersoya salam verməmişdi.

Bülend Ersoy da Pekkana "uçube", yəni "çox eybəcər, əcaib məxluq" demişdi.
Ajda Pekkan məhkəməyə şikayətlənmiş, işə Ərdoğan qarışmış və sənətçilərdən barışmalarını rica etmişdi.

Bülent Ersoy umu-küsünü unutduğunu demişdi. Fəqət, Pekkan iddiasını məhkəmədən geri götürməyib və sonucda İstanbuldakı Beykoz Ədalət Məhkəməsi Pekkanın iddiasını təmin edərək Bülent Ersoyun həbsinə qərar verib.

Bülent Ersoyun prodüseri Fevzi Siverekin dediyinə görə, onlar məhkəmənin qərarından apellyasiya şikayəti verməklə yanaşı, A.Pekkanı da təhqirə görə məhkəməyə verəcəklər.

Milli.Az