Azərbaycan, Bakı, 11 iyun /Trend/

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Milli Aviasiya Akademiyası pilot ixtisası üzrə təlimlə bağlı qadınlar arasında sınaq qəbulunun başlamasını elan edir.

AZAl-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sənəd qəbulu 1-30 iyunda həyata keçiriləcək.

Namizədə tələblər:

- 18-25 yaşlı qadınlar;
- 160-180 sm boy;
- Maksimum çəki 75 kq;
- Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək.

Müsabiqədə iştirak etmək üçün sənədlərin siyahısı:

- Şəxsiyyət vəsiqəsinin surəti (sənədlər verildikdə orijinal təqdim edilir);
- Təhsil haqqında sənədin əsli;
- 3х4 sm ölçüsündə şəkil;
- Xarici bil bigilərini təsdiqləyən sertifikat (mövcuddursa).

Bütün sənədlər “Azərbaycan Hava Yolları” QSC-nin personalla iş üzrə baş idarəsinə təqdim edilməlidir.

Müsabiqədə iştirak etmək üçün sənəd verən şəxslər psixofizioloji funksiyaların mütləq həkim-mütəxəssis qiymətləndirilməsinin keçirilməsi üzrə Tibbi-Sanitar İdarəsi nəzdində xüsusi komissiyada tibbi müayinədən keçməlidir.

Əlavə məlumat əldə etmək üçün “Azərbaycan Hava Yolları” QSC-nin personalla iş üzrə baş idarəsinə müraciət edə bilərsiniz:

Telefon (+994 12) 497-26-00 (daxili xətt: 32-84)

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az