Şəhidlər xiyabanını ziyarət etmək qəhrəmanlarımızın əziz xatirəsinə dərin ehtiramdır

Şəhidlər xiyabanını ziyarət etmək qəhrəmanlarımızın əziz xatirəsinə dərin ehtiramdır
14:08 20 Yanvar 2015
128 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, AzərTAc
Xalqımız Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş qanlı 20 Yanvar şəhidlərini heç zaman unutmayacaq.
Bu sözləri AzərTAc-a müsahibəsində Şəhidlər xiyabanını ziyarət etmək üçün bu müqəddəs məkana gələn müəllim Nasir Dadaşov deyib.
N.Dadaşov bildirib ki, bu faciə təkcə Azərbaycanın deyil, bütövlükdə bəşəriyyətin tarixinə qara səhifə kimi həkk olunub. 20 Yanvar faciəsində şəhid olanların xatirəsini yad etmək, onların ülvi amallarına ehtiram zülmkarlığa, mənəviyyatsızlıqlara yox deməkdir.
Xalqımızın ölkənin bütün şəhər və kəndlərindən axışaraq Şəhidlər xiyabanını ziyarət etməsi qəhrəmanlarımızın əziz xatirəsinə dərin ehtiramıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehidler_xiyabanini_ziyaret_etmek_qehremanlarimizin_eziz_xatiresine_derin_ehtiramdir-826052

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR